Bakıda avtomobil bazarında QİYMƏTLƏR

Bakıda yazın əvvəlində avtomobil bazarında qiymətlərdə bahalaşma qeydə alınıb. Avtosfer.az xəbər verir ki, bunu “Trend”ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Ekspert bildirib ki, Bakıda mart ayı ərzində əvvəlki aya nisbətən avtomobil bazarında təklif portfeli 6.2 faiz azalıb. Onun sözlərinə görə, ay ərzində bazar üzrə orta qiymət 22,728 manat olub və əvvəlki ayla müqayisədə orta qiymət 2.5 faiz artıb.
N.İbrahimovun sözlərinə görə, ümumi təklif portfelinin 88 faizini benzin mühərriki ilə olan avtomobillər, 12 faizini isə dizel mühərriki ilə olan avtomobillər təşkil edib. Bunlardan isə 67 faizini avtomat sürət qutusu, 33 faizini isə mexaniki sürət qutusu ilə olan avtomobillər təşkil edib.
Ekspert bildirib ki, benzin ilə olan avtomobillərin orta qiyməti 22,263 manat, dizel ilə isə avtomobillərin orta qiyməti 26,617 manat olub. Qiymət artımı əsasən benzin mühərrikli avtomobillərdə olub və 4.3 faiz təşkil edib.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












