Bakıda parkinqdə ödəniş etməyən sürücüləri cərimələməyə başladılar - FOTO

Bakıda avtomobillərin müvəqqəti saxlama dayanacaqlarında nəzarət gücləndirilib. Məlumata görə, bu məqsədlə dayanacaqlarda nəzarətçilərə yeni cihazlar verilib. Bu cihaz vasitəsilə dayanacaqda quraşdırılmış parkomatlarda ödəniş etməyən sürücülərin avtomobillərinin fotosu çəkiləcək və sürücülər cərimə ediləcək.
Avtomobillərin müvəqqəti saxlama dayanacaqlarından birinin adını çəkilməsini istəməyən nəzarətçinin “Report”a verdiyi məlumata görə, yeni aparat onlara bu gün paylanılıb və bir ay müddətində sınaqdan keçiriləcək: “Bu aparatla parkomatlarda ödəniş etməyən sürücülərin avtomobillərinin şəkli çəkilir, şəkil avtomatik Dövlət Yol Polisinin bazasına göndərilir. Həmin bazada isə sürücülər üçün dayanma-durma qaydalarını pozduğuna görə elektron protokol tərtib edilir”.
Nəzarətçi həmçinin bildirib ki, yeni cihazların verilməsi öndənişə də təsir edib: “Əvvəllər şəhərin müxtəlif küçə və prospektlərində quraşdırlan dayanacaqlara yaxın ərazilərdə çalışan və ya yaşayan şəxslər avtomobillərini dayanacaqda saxlamaq üçün bir gün ərzində 1 manat ödəniş edirdilər. Çünki, səhər saat 9-dan axşam saat 18-ə qədər avtomobilini dayanacaqda saxlayan sürücü hər saat üçün 0.50 Azn ödəniş etsə, gərək gün ərzində dayanacaqda 4-5 manat pul xərcləsin. Ona görə də dayanacaqlara yaxın ərazilərdə yaşayan və işləyən sürücülərə güzəşt olunurdu. İndi isə deyiblər ki, artıq güzəşt olmayacaq. Hər kəs bir saat üçün 50 qəpik ödəniş etməlidir. Ödəniş etməyən sürücülərin avtomobillərinin şəkilləri çəkiləcək və sürcülər cərimələnəcək”.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a bildirib ki, yeni aparatlar barədə məlumatı yoxdur: “Mən bilmirəm söhbət hansı aparatlardan gedir. Ümumiyyətlə, əgər belə aparat olsa da sürücülər barədə elektron protokol tərtib oluna bilməz. Sürücü ödəniş etmirsə, onu hansı maddə ilə cərimə etmək olar!?”
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) sözçüsü Mais Ağayev bildirdi ki, müvəqqəti saxlama dayanacaqları qurumun tabeliyinə yeni verildiyi üçün məsələdən xəbərsizdir: “Mənim yeni aparat barədə məlumatım yoxdur”.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur














