Bakıda sevgililər qarajda boğularaq öldü - Kondisionerdən
Avtoxəbər
29 Avqust 2018 17:16

Meyitlər tapılarkən avtomobilin kondisoneri işlək vəziyyətdə olub
Bakıda sevgililər qarajda boğularaq ölüb. Modern.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə Yasamal rayonu, Mirəli Seyidov küçəsində baş verib. Belə ki, ötən gecə beşmərtəbli binanın həyətində yerləşən qarajdakı “Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü Könül Əhədova və 1990-cı il təvəllüdlü Elvin Zeynalovun meyiti tapılıb. Avtomobil K.Əhədovaya məxsus olub. Meyitlər tapılarkən avtomobilin kondisoneri işlək vəziyyətdə olub, cütlük də məhz maşının qazından ölüb. Hadisə yerinə Yasamal Rayon Prokurorluğu və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Ehtimala görə, onlar sevgili olub.
Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, sentyabrın 7-də E.Zeynalovun toy mərasimi olacaqdı.
Oxunub : 7372
DİGƏR XƏBƏRLƏR
23 Oktyabr 2026 22:52
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
22 Oktyabr 2026 23:59
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
22 Oktyabr 2026 19:33
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
22 Oktyabr 2026 16:41
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
22 Oktyabr 2026 13:18
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
21 Oktyabr 2026 16:41
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
20 Oktyabr 2026 15:14
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
20 Oktyabr 2026 14:18
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
19 Oktyabr 2026 20:59
Ən az enerji sərf edən elektromobil bəlli oldu
19 Oktyabr 2026 17:09
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
19 Oktyabr 2026 15:16
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
18 Oktyabr 2026 11:56
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
ŞƏRH YAZ












