Bakıda She’s Mercedes qlobal təşəbbüsü çərçivəsində tədbir keçirildi - FOTOLAR

Noyabrın 22-də Dinamo Hotel Baku-da Azərbaycanda Daimler AG-nin baş nümayəndəliyi "Mercedes-Benz" avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı "AvtoKapital Azərbaycan" şirkəti tərəfindən irəli sürülmüş She’s Mercedes qlobal təşəbbüsü çərçivəsində tədbir keçirilib. She’s Mercedes dünyanın bir çox ölkələrində alman avtomobil sənayesi məhsullarının təqdim etdiyi keyfiyyət və rahatlığı yüksək qiymətləndirən və buna sahib olan çoxsaylı xanımları birləşdirən bir platformadır. She’s Mercedes platformasında qadınlar bir biri ilə ünsiyyət qura, ideyalarını və təcrübəsini bölüşə və bir birindən yeni məlumatlar öyrənə bilərlər. She’s Mercedes təşəbbüsü çərçivəsində avtomobilin idarə edilməsinə dair xüsusi olaraq xanımlar üçün hazırlanmış yeni təkliflər irəli sürülür. She’s Mercedes təşəbbüsü xanımların əksər insanların təsəvvür etdiyi bacarıq çərçivəsini genişləndirir.
Tədbir səmimi bir şəraitdə keçdi. Dinamo Hotel Baku-nun girişində artıq bu xoş axşamın ab-havası hiss olunurdu. Burada qonaqlar arfanın sədaları altında qarşılanırdı. Zalda isə bu atmosferi simli alətlərdə məkanın dizaynına uyğun əsərlər ifa edən gənc musiqiçilərdən ibarət bir üçlük davam etdirirdi. Giriş nitqindən sonra qonaqlara vokal və saksafonun müşayiəti altında yüngül şam yeməyi təqdim olundu. Bu da sübhəsiz ki, tədbirin bayram əhval-ruhiyyəsini daha da artırdı. Səmimi söhbətlər zamanı qonaqlar həm də professional təcrübə mübadiləsi aparmış oldular.
Tədbirin tərəfdaşları Delonghi, Patchi, Acqua Retems Group, Tiffany&Co, Marengo, Sabina Perfumery&Cosmetics, Royal Fur Gallery, SHE BAKU Fitness və Wellness şirkətləri idi.
Şirkətlər tərəfindən hər bir dəvət olunan xanım qonağa xoş hədiyyələr təqdim olundu ki, bu da tədbirdən məmnunluğun daha da artmasına və bütün qonaqların fikrincə əfsanəvi brendin müşayiəti ilə She’s Mercedes-in növbəti tədbirinin daha da arzuolunan olmasına təkan verdi.
Fidan
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR

























