Bakıda təhlükə yaradan iki avtomobil – 22 min manatadır

Bir neçə gündür, taksilərlə bağlı məsələ müzakirə obyektidir. Ötən gün metronun “Koroğlu” stansiyasının yaxınlığında, ondan əvvəl isə Heydər Əliyev prospektində “Bolt” sisteminin loqosu ilə taksi fəaliyyəti göstərən avtomobil qəzaları narahatlığa səbəb olub. Əksəriyyət düşünür ki, BYD-lər vaxtikən belə hadisələrə yol açan “Toyota Prius”lara rəhmət oxudacaq. Qeyd olunur ki, problem əslində sürücü və onu işəgötürənlərdədir.
Belə qəza hadisələri sərt tələblərin olmasına zəmin yarada bilərmi?
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib ki, taksi fəaliyyəti ilə bağlı artıq qərarlar qəbul edilib, standartlar müəyyən olunub:
“Bunlara əməl etsək, belə problemlər olmaz. Məsələn, hər bir nəqliyyat vasitəsi texniki baxışdan keçməlidir. Bu fəaliyyətlə məşğul olanlar avtoservislərlə müqavilə bağlamalıdırlar. Həmçinin sürücülərin psixoloji sağlamlığı, səhhəti barədə tibbi arayışı olmalıdır. Qeyd etdiyim şeylər vaxtında yoxlanılsa, faciəvi hallarla qarşılaşmarıq. Ümumiyyətlə, taksi sahəsi üçün sərfəli nəqliyyat vasitələri olmalıdır. Yəni yanacaq çox yandıran, tez sıradan çıxan, ehtiyat hissəsi baha olan avtomobillər yararlı deyil. Bir vaxtlar “Toyota Prius”lar çox istifadə edilirdi. Həm ucuz, həm də bir az dözümlü maşın idi. Ona görə ölkəyə kütləvi şəkildə gətirilir və taksi fəaliyyəti üçün kirayə verilirdi. Amma insan öz avtomobilini daha yaxşı, diqqətlə idarə edir, nəinki, kirayə sürdüyü maşını”.
Ekspert bildirib ki, taksi sürücüləri də məhz bu səbəbdən məsələyə etinasız yanaşırdı:
“Nəticədə “Prius”ların adı mənfi hadisələrdə hallandı. Yeni sistemdə isə əsasən “Chevrolet Cobalt” və BYD markalı avtomobillərdən çox istifadə olunur. Birinci maşın daha çox ənənəvidir, yəni benzinlə işləyir. Amma BYD daha sərfəlidir, qiyməti münasibdir – 21-22 min manata almaq mümkündür. Bu baxımdan geniş yayılıb. Şirkətlər bu avtomobilləri alsa, sürücülərə versə, lakin qaydalara əməl olunmasa, bizi yenə çətin vəziyyət gözləyəcək”.(global.info)
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO










