Bakının bu küçələrində parklanma qadağan edilir - VİDEO

Fizuli, Səməd Vurğun, Həsən Əliyev, Bakıxanov da daxil olmaqla paytaxdakı 11 küçə və prospektdə parklanma qadağan ediləcək. Avtosfer.az xəbər verir ki, buna səbəb həmin ərazilərdəki parklanmanın hərəkətə mane olmasıdır. Bakı nəqliyyat agentliyindən bildirilib ki, həmin ərazilərdə əsasən qanunsuz parklanma həyata keçirilir. Bu 11 küçədə parkomatlara rast gəlinsə, onların da yeri dəyişdiriləcək.
Paytaxtın əsas küçələrində hərəkətə mane olan yerlərdə parklanma qadağan ediləcək.
Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri şəhərin əsas arterial damarı hesab edilən 11 küçədə parklanma ilə bağlı vəziyyəti təhlil ediblər. Nəticədə də həmin küçələrdə yol hərəkətinə mane olan yerlərdə parklanmanın qadağan edilməsi barədə qərar qəbul edilib. Bununla bağlı layihə də hazırlanıb.
Agentliyin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin sözlərinə görə, nəqliyyat vasitələrinin nisbətən az olduğu nəzərə alınaraq işlər qarşıdakı yay aylarında həyata keçiriləcək.
Sözügedən ərazilərdə parklanmanın qadağan olunması sürücülərin də ürəyincədir.
Bununla yanaşı, paytaxtda 74 yol kəsişməsində nəqliyyatın vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutan pilot layihə də icra ediləcək. Bu çərçivədə müəyyən edilən yerlərdə yeni yol nişanları qoyulacaq, parklanma yerləri nəzərdən keçiriləcək və hərəkət istiqamətləri təkmilləşdiriləcək.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












