Bakıya daha 20 yeni avtobus gətirildi - Əvvəli və indiki dövrə aid FOTOLAR

Bakı Nəqliyyat Agentliyinin göstərişi ilə 64 saylı müntəzəm marşrut xətti istiqamətində 20 yeni avtobusları istifadəyə veriləcək. Avtosfer.az xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev yeni avtobusların təqdimat mərasimində deyib. Onun sözlərinə görə, yeni avtobuslar yaxın günlərdə marşruta buraxılacaq: "64 saylı müntəzəm marşrut üzrə daşıyıcının fəaliyyəti qənaətbəxş olmadığından Bakı Nəqliyyat Agentliyi həmin daşıyıcı ilə imzalanan müqaviləyə xitam verib. Başqa daşıcı ilə müqavilə imzalanıb. Dəfələrlə agentliyə 64 saylı marşrut üzrə sərnişindaşıma keyfiyyətinin aşağı olması, qeyri-peşəkar sürücülər tərəfindən avtobus idarə olunması, avtobusların texniki cəhətdən qoyulan tələblərə cavab verməməsi ilə bağlı şikayətlər daxil olurdu. Daşıcı qar.ısında bununla bağlı tələblər qoyulsa da, bu istiqamətdə addımlar atılmırdı. Buna görə də daşıyıcı ilə müqaviləyə xitam verilib.
Yeni avtobuslar yaxın günlərdə 64 saylı marut üzrə xəttə buraxılacaq, 4 dəqiqə intervalla avtobuslar sərnişinlərə xidmət göstərəcək".
M.Ağayev bildirib ki, 64 saylı marşrut xətti metronun "Neftçilər" stansiyasından Yeni Günəşli istiqamətində hərəkət edəcək" Marşrut "General Avto Company" şirkəti ilə imzalanan müqavilə əsasında fəaliyyətə başlayacaq. Avtobuslarda həmçinin fiziki imkanları zəif olan şəxslərin istifadəsi üçün panduslar yerləşdirilib, əlil arabaları üçün yer quraşdırılıb. Avtobuslarda kart sistemi hələlik tətbiq olunmayıb".
Mai Ağayev deyib ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən gələn il daha 300 avtobus gətiriləcək. Həmin avtobuslar gətirildikdən sonra bütün yenilənmiş xətlər üzrə kart sisteminə keçid təmin ediləcək".
Fərid
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur






















