Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO

Avtoxəbər 3 Sentyabr 2026 14:11
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda avtomobil həvəskarlarının kütləvi şəkildə üz tutduğu "Chevrolet Equinox" modelləri ilə bağlı xoşagəlməz faktlar ortaya çıxıb.

Avtosfer.az xəbər verir ki, son dövrlər ikinci əl avtomobil bazarında daha çox tələb olunan bu nəqliyyat vasitələrinin alt hissəsinin və şassisinin qısa müddətdə çürüməsi sürücülərin əsas şikayət mövzusuna çevrilib.

Problemin yaranmasında bir neçə əsas amil rol oynayır. Ölkəyə gətirilən bu modellərin böyük hissəsi okean sahili ştatlarından və ya daşqın zonalarından auksionlar vasitəsilə alınır. Duzlu su mühərrik xanasına və kuzovun altına nüfuz edərək metalın daxildən sürətlə paslanmasına yol açır.

Digər tərəfdən, ABŞ-nin soyuq ştatlarında qış mövsümündə yollara səpilən kimyəvi maddələr və texniki duz avtomobilin alt hissəsinə yapışaraq illərlə metalı sıradan çıxarır. 

Mütəxəssislər bildirir ki, istehsalçı şirkət bu modellərdə antikorroziya qatını nazik tətbiq etdiyi üçün daş və palçıq zərbələri qoruyucu təbəqəni tez pozur. Drenaj kanallarının tutulması isə suyun daxildə yığılıb qalmasına və travers hissələrinin çürüməsinə zəmin yaradır.

Mütəxəssislər bu modeli almaq istəyənlərə nəqliyyat vasitəsini almazdan öncə mütləq altını yoxlatmağı və tarixçəsini araşdırmağı tövsiyə edir.

Qeyd olunur ki, paslanma yeni başlayıbsa, dərhal xüsusi anti-korroziya maddələri ilə qoruyucu qat çəkdirməklə təhlükənin qarşısını almaq mümkündür./demokrat.az

Oxunub : 160
ŞƏRH YAZ
Ad

E-mail

Şərh