Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA

Bələdiyyələrin hər avtomobildən əmlak vergisi alması ilə bağlı təklif irəli sürülüb. Bu təkliflə Milli Məclisin iki komitəsinin birgə iclasında deputat Elşad Musayev çıxış edib. O, qanunvericilikdə dəyişiklik edilməklə, bələdiyyənin ərazisində olan hər avtomobildən ildə 10 manat əmlak vergisi götürməsini təklif edib.
Maraqlıdır, bələdiyyələrin səlahiyyətində əmlak və torpaq vergiləri olduğu halda avtomobildən də əmlak vergisi alınması nə dərəcə doğrudur?
Hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov açıqlamasında millət vəkilinin təklifi ilə razılaşmayıb:
“Bu çox gülməli təklifdir. Vergi Məcəlləsində dövlət və bələdiyyə vergiləri ayrılıb. Yəni, bələdiyyənin belə bir vergisi yoxdur.
Başqa ölkələrdə belə təklif edilərkən konkret qanun layihəsi ilə çıxış edilməlidir. Bilinməlidir ki, hansı avtomobil nəzərdə tutulur. Məsələn, bələdiyyənin ərazisindən keçənlərdən? Yaxud bələdiyyənin ərazisində yaşayan, ya da yaşayanların adına qeydiyyatda olan avtomobillərdən?”.
Hüquqşünas xatırladıb ki, avtomobillər sadəcə vətəndaşların adına deyil, hər hansısa bir şirkətlərin, iş yerlərinin adına da ola bilər:
“Məsələnin digər tərəfi isə budur ki, Azərbaycanda bələdiyyələrin kifayət qədər vergi potensialı var. Onların ərazisində olan torpaq və əmlak vergiləri mövcuddur, bu da kifayət qədər vergidir. Bunun hesabatı isə verilmir, qanuna görə hər bir bələdiyyənin hər il üçün iqtisadi, sosial, ekoloji proqramı olmalıdır. Ancaq heç bir bələdiyyə bunu etmir. Yığdıqları pulların hara getdiyi bilinmir, onlar parlamentlə ildə bir dəfə hesabat verməlidirlər, ancaq heç o da yoxdur”.
Müsahibimiz avtomobillərdən vergi alınmasıyla bağlı öz təklifini irəli sürüb:
“Əgər bütövlükdə avtomobillərdən vergi yığılması planlaşdırılırsa, mən də bunun tərəfdarıyam. Ancaq bahalı avtomobillərin bələdiyyə yox, dövlətə vergi verməsinin tərəfdarıyam. Qiyməti 100 min manatdan yuxarı olan avtomobildən 10 manat yox, ildə 500-1000 manat vergi alına bilər. Dövlət də həmin vergidən pensiya, sosial müavinət üçün istifadə etsin”.
Əkrəm Həsənov daha bir məsələyə toxunub:
“Avtomobillərin daimi şəkildə həmin bələdiyyənin ərazisində olub-olmayacağına kim nəzarət edə bilər? Avtomobil bir gün başqa ərazidə, digər gün isə başqa ərazidə ola bilər. Bunu kim biləcək? Necə nəzarət ediləcək? Əgər vətəndaşın qeydiyyatından söhbət gedirsə, bu düz deyil. Çünki şəxsin qeydiyyatıyla yaşadığı yer eyni olmaya bilər. Bu vergi olsa belə, dövlət tərəfindən tutulmalıdır. Amma dediyim kimi, hər avtomobildən yox, məsələn maddi imkanı az olan biri onsuz o avtomobili ölkəyə gətirərkən gömrük və s xərclər olur”.
(bizim.media)
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək












