Benzini qarışdırmaq bu fəsadlara yol açır – XƏBƏRDARLIQ, VİDEO

Bəzən avtomobil alan sürücülər onun texniki göstəricilərinə deyil, istehsal olunduğu ilə daha çox önəm verir. Məlum olduğu kimi istehsal ili yeni olan avtomabillərin əksəriyyəti “Aİ 92” ilə müqayisədə baha olan “Aİ 95” və ya premium oktanlı benzin ilə işləyir. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, ilk vaxtlar bəzi sürücülər bu məqama diqqət etsələr də sonradan büdclərinə qənaət etmək məqsədi ilə avtomabilə “Aİ 92” və “Aİ 95” oktanlı benzinləri qarışırdıraraq tökür. Bununla sürücülər kompromis əldə etməyə çalışır. Elə sürücülər də var ki, mühərriki təmizləmək məqsədi ilə müxtəlif növlü yanacaqları qarışdırır. Misal üçün “Aİ 92” ilə çalışan nəqliyyat vasitəsinə “Aİ 95” markalı benzin tökür və mühərrikin təmizlənəcəyini düşünür.
Vüsal Nəbiyev (usta): “Proqramlar 95-ə görə yazılıb. Biz onu qarışdıranda maşında bəzi hissələr sıradan çıxır”.
Yanacaq növünün aşağı keyfiyyətlisi ilə əvəz edilməsi də yol verilməzdir. Nəticədə az yanma olur, avtomobilin gücü azalır və ən əsası, mühərrikindən çıxan tullantı qazlarında zərərli maddələrin miqdarı artır.
Bəxtiyar Əmirli (ekspert): “Əgər istehsalçı zavodun məsləhətinə uyğun yanacaq tökülməzsə, qidalandırma sistemində problemlər yarana bilər”.Avtomabillərin hansı yanacaq növü ilə işlədiyini müəyyən etməyə gəlincə isə bu istehsal ili, ölkəsi və istifadəsi nəzərdə tutlduğu coğrafi əraziyə görə dəyişir.
Peşəkarların ümumi rəyindən göründüyü kimi sürücülər yanacğa qənaət etmək istəyirsə kiçik həcmli mühərriklə istehsal olunmuş avtomabil alması tövsiyyə olunur. Əks halda benzinin keyfiyyətini azaltmaqla qənaət etdiyi pulları bir müddət sonra mühərrikin təmiri üçün xərcləməli olacaq.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












