Bəydən şirinlik almaq üçün “protiv” gedən sürücü həbs edildi - VİDEO

Bir neçə gün əvvəl Bakının Ziya Bünyadov prospektində əks istiqamətə çıxıb axına qarşı hərəkət edərək digər hərəkət iştirakçılarına qəza şəraiti yaradan 99-XU-095 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü həbs edilib. Hadisə mayın 5-də baş verib. Onun görüntüləri Avtosfer.az saytında da yayılmışdı. Həmin görüntüləri araşdıran Nərimanov rayon DYPŞ-nin əməkdaşları sürücünü aşkar etsə də, onun barəsində yüngül cəza tədbiri görülmüşdü.
Məlumat üçün bildirək ki, 1992-ci il təvəllüdlü Məmmədov Orxan Əmrah oğlu 99-XU-095 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobili kirayə götürərək idarə edib. O, dostunun toy karvanında hərəkət edən zaman qarşı yola çıxıb və bəy-gəlin maşınının qarşısını kəsərək 50 manat “şirinlik” alıb.
Sürücü törətdiyi xətaya görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat məbləğində cərimələnib. O, törətdiyi əmələ görə peşman olduğunu və gələcəkdə belə hərəkət etməyəcəyəni bildirib. Lakin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları məsələni daha dərindən araşdırıblar və kamera görüntüləri ilə müəyyən edilib ki, sürücü Orxan Məmmədovun əməlində avtoxuliqanlıq elementləri var. Toplanmış materiallar Nərimanov rayon Məhkəməsinə təqdim edilib və işi araşdıran hakim sürücünün həqiqətən də avtoxuliqanlıq etməsi barədə qərar çıxarıb. Qərara əsasən, Orxan Məmmədov elə məhkəmə zalındaca 20 gün müddətinə inzibati qaydada həbs edilib. Onun sürücülük hüququq 1 il müddətinə məhdudlaşdırılıb.
Elməddin
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur














