Bəzi mərkəzi küçələr təmirə bağlanıb - Diqqət! - VİDEO

Bir müddət əvvəl təmirə dayanan yolda işlər sürətlə aparılır. Paytaxtın Nəsimi və Nərimanov rayonlarını birləşdirən Təbriz küçəsindən istismar müddəti bitmiş su və qaz xətləri də yenidən çəkilib. Hazırda yolun bəzi hissələrinə asfalt qatı vurulur. Yolun yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır. Bu arada Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar paytaxtın bəzi mərkəzi küçələrində hərəkət məhdudlaşdırılıb.
Təxminən iki aydır təmirə bağlanan yolda işlər davam edir.
Söhbət paytaxtın Nəsimi və Nərimanov rayonları arasında uzunluğu 4 kilometrə yaxın olan Təbriz küçəsindən gedir. Küçədə təmir işləri zamanı bəzi dəyişikliklər də edilib.
Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlərin müəyyən hissəsi icra edilib. Hissə-hissə bağlanan yolda istismar müddəti bitmiş su və qaz xətləri yenidən çəkilərək asfalt qatı vurulub. Uzunluğu 4 kilometrə yaxın, hərəkət hissəsinin eni 16 metr təşkil edən yolda 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağı var. Təmir zamanı yolun mümkün olan hissəsində eni 1 metrə qədər genişləndirilib.
Yol boyu 8 yerdə avtobus dayanacaqlarının önündə isə xüsusi "cib"li hissələr yaradılıb. Yolun ümumilikdə yaxın aylarda tam istifadəyə verilməsi planlaşdırılır.
Bu arada Builki Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar olaraq trekin bəzi hissələrində asfalt örtüyündə təmir-bərpa işləri həyata keçirilir. Trekin asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi ilə əlaqədar görülən işlərin qısa müddət ərzində başa çatdırılması üçün bəzi hissələrdə nəqliyyatın hərəkəti tam, bəzi yerlərdə isə qismən məhdudlaşdırılıb.
Belə ki, Puşkin küçəsinin Xəqani küçəsi ilə olan kəsişməsi və bu kəsişmədən etibarən Üzeyir Hacıbəyov küçəsindədək olan hissədə artıq köhnə asfalt qatı qaşınıb. Yeni asfalt qatının vurulması üçün hazırlıqlar görülür. Sözügedən küçələrlə yanaşı Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb. Bakı Şəhər Halqası əməliyyat Şirkətindən verilən məlumata görə, Formula 1 ilə əlaqədar bağlanan yollar ayın 26-da səhər saatlarında açılacaq.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












