BMT sürücüsüz avtomobillərin təhlükəsiz istifadəsi üçün qərar verdi - Hamı buna əməl etməlidir

Birləşmiş Millətlər Təşkilatı tam avtonom nəqliyyat vasitələrinin təhlükəsiz şəkildə istifadəsini təmin etməyə yönəlmiş qlobal qaydalar toplusunu təqdim edib. Avtosfer.az təşkilatın mətbuat xidmətinə istinadla xəbər verir ki, avtomatlaşdırılmış idarəetmə sistemləri sahəsində Qlobal Reqlament layihəsi on illik texnoloji hazırlıqdan və iki il davam edən intensiv beynəlxalq məsləhətləşmələrdən sonra hazırlanıb.
Qeyd olunur ki, on il əvvəl bir çox ekspertlər sürücüsüz avtomobillərin artıq 2020-ci ilə qədər yollarda adi hala çevriləcəyini proqnozlaşdırırdılar. Lakin texnologiyada əldə olunan əhəmiyyətli irəliləyişlərə baxmayaraq, bu cür nəqliyyat vasitələrinin tətbiqi daha uzunmüddətli tədqiqatlar, işləmələr və aydın, etibarlı normativ bazanın formalaşdırılmasını tələb edib.
Reqlament layihəsi BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) avtomatlaşdırılmış, avtonom və internetə qoşulmuş nəqliyyat vasitələri üzrə İşçi Qrupu tərəfindən 19–23 yanvar tarixlərində keçirilmiş iclasda təsdiqlənib. Sənəd avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz olunmuş nəqliyyat vasitələri üçün təhlükəsizlik üzrə vahid tələbləri və metodologiyasını müəyyən edir, həmçinin sürücünün nəzarətini tələb etməyən tam avtonom avtomobillərin yollara buraxılmasına imkan yaradır.
BMT AİK-in icraçı katibi Tatyana Molçan bildirib ki, layihə üzrə işlərin başa çatdırılması BMT platforması əsasında hazırlanmış tənzimləyici mexanizmlərin qlobal əhəmiyyətini nümayiş etdirir. Onun sözlərinə görə, AİK çərçivəsində işlənib hazırlanmış harmoniyalaşdırılmış qaydalar milli yanaşmaların parçalanmasının qarşısını almaq, iqtisadi səmərəliliyi maksimuma çatdırmaq, eləcə də avtomobil sənayesində təhlükəsizlik və innovasiyaları dəstəkləmək üçün zəruridir.
İşçi Qrupun sədri Rihard Damm isə təhlükəsizliyin, innovasiyaların və ictimai etimadın eyni vaxtda inkişaf edə biləcəyini vurğulayıb. O qeyd edib ki, qlobal səviyyədə aparılan iş sənaye üçün şəffaflıq, istehlakçılar üçün isə etibar yaradır.
Məlumata görə, reqlament layihəsi 2022-ci ildə qəbul edilmiş avtomatlaşdırılmış nəqliyyat vasitələri üzrə Çərçivə sənədinə, eləcə də 2024-cü ilin iyununda təsdiqlənmiş avtomatlaşdırılmış idarəetmə sistemləri üçün tələblər, qiymətləndirmələr və sınaq metodları üzrə tövsiyələrə əsaslanır./azertac
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












