BMW M5 Competition - FOTO

Bavariyanın BMW markası F90-nın yeni nəsli sedan M5-in daha güclü versiyasını təqdim edib. Avtosfer.az auto.az-a istinadən xəbər verir ki, avtomobil BMW M5 Competition adlandırılıb və 625 a.g.-ə malik 4,4-litrlik V8 alıb. Güman edildiyi kimi, mühərrikin gücü 25 a.g. az idi – 625-dək. Lakin 4,4-litrlik V8-in fırlanma anı əvvəlki kimi 750 Nm qalıb. Əlavə güc sayəsində sedan BMW M5 Competition 0-dan 100 km/saata 3,3 saniyəyə, 0-dan 200 km/saata isə 10,8 saniyəyə sürətlənir. Standart model ilə müqayisədə bu göstərici müvafiq olaraq 0,1 və 0,3 saniyə tezdir.
Yeni BMW M5 Competition əsl vəhşidir. Bütün bunlarla yanaşı, o, BMW M bölməsi üçün yeni məhsuldarlıq strategiyası açır. Təkmilləşdirilmiş sedan BMW M5 Competition-ın təchizatına 8-diapazonlu avtomat sürət qutusu M Steptronic və M xDrive tam ötürücü sistem daxildir ki, bu da Active M Differential ilə birgə çalışır.
Şirkətdən bildiriblər ki, sedan BMW M5 Competition təkmilləşdirildikdən sonra mühərrik birbaşa cavab verərək gücü dərhal sürət qutusuna ötürür. Bundan əlavə, Bavariya markasınn mühəndisləri şassini və asılqanı da təkmilləşdiriblər. Asılqan 7 mm aşağı salınıb.
Təqdim edilmiş BMW M5 Competition daha sərt yaylar və daha dözümlü arxa sabitləşdiricilərlə təchiz edilib. Bütün bunlar avtomobilin məhsuldarlığını artırır.
Dizayna gəldikdə isə, yeni BMW M5 Competition adi sedandan eksklüziv qara aksentlər, loqotiplər, 20-düymlük unikal təkər diskləri, idman qaz buraxma sistemi, M Sound Control funksiyası ilə təchiz edilib.











Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












