"BMW" və "Mercedes"in gizli anlaşması illər sonra üzə çıxdı - Əslində...

Elə bir qalmaqal təsəvvür edin ki, BMW, Volkswagen və Mercedes-Benz kimi nəhənglərin üçünün birlikdə adı hallanır. Bəli, bu, həqiqətən də baş verib və bu şirkətlər öz maraqları naminə ekologiyaya zərər vurub.
Avtosfer.az xarici mətbuata istinadla xəbər verir ki, avtomobil sənayesində ən məşhurlardan olan BMW, Mercedes və Volkswagen qrupunun (Audi, Porsche, Volkswagen) adı 2006-2014-cü illər arasında uzun müddət müzakirə olunacaq emissiya qalmaqalında hallanıb.
Bu üç şirkət dizel mühərriklərində emissiyanın azaldılması texnologiyalarını bilərəkdən zəiflədərək xərcləri aşağı saxlamağa çalışıblar. Bunun üçün gizli şəkildə əməkdaşlıq edərək bir-birlərinin tərəfini tutublar.
Belə ki, BMW, Volkswagen və Mercedes-Benz, xüsusilə "AdBlue" adlı emissiyanı təmizləyən mayenin istifadəsini təmin edən çənlərin ölçüsünü məhdudlaşdırıblar. Daha böyük çənlər zərərli azot oksidi qazını daha çox təmizləyə bilərdi, lakin xərclərə qənaət etmək məqsədilə bunu etməyiblər.
2006-2014-cü illər arasında baş verən razılaşma Daimler şirkətinin Avropa Komissiyasına müraciəti ilə üzə çıxıb. Daimler günahını etiraf etdiyi üçün cəzalandırılmayıb. Volkswagen 502 milyon avro cərimələnib, BMW isə 373 milyon avro cəriməyə məruz qalıb.
Təbii ki, cəzalar yalnız maddi zərərlə məhdudlaşmayıb. Bu üç böyük şirkətin ətraf mühitə qarşı laqeyd yanaşması və etik olmayan davranışları istehlakçıların etibarını da ciddi şəkildə sarsıdıb.
Bəzi ölkələrdə istehlakçılar sahib olduqları avtomobillərin vəd edilən emissiya standartlarına uyğun olmadığını iddia edərək inanılmaz miqdarda təzminat istəyiblər. 2023-cü ildə Cənubi Koreya bu şirkətlərə 33 milyon dollar cərimə tətbiq edib. Beləliklə, markaların həm nüfuzu zədələnib, həm də ciddi səviyyədə maddi itkilər yaşanıb.
(milli.az)
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO










