Böyük Britaniyada avtomobil istehsalı kəskin azaldı

Britaniya avtomobil sənayesi 2025-ci ildə 764 000 avtomobil və kommersiya nəqliyyat vasitəsi istehsal edib ki, bu da 1952-ci ildən bəri ən aşağı göstəricidir.
Avtosfer.az xəbər verir ki, bu barədə BBC yayım korporasiyası Avtomobil İstehsalçıları və Satıcıları Cəmiyyətinin (SMMT) rəqəmlərinə istinadən məlumat yayıb.
2025-ci ildə istehsal həcmi əvvəlki illə müqayisədə 15.5% aşağı olub. SMMT rəhbəri Mayk Housun sözlərinə görə, ötən il bütöv bir nəslin yaddaşında ən ağır il olub. Bu dinamikanın səbəbləri kimi sentyabr ayında baş verən kiberhücumlar səbəbindən "Jaguar Land Rover" zavodlarının işində yaranan fasilələr, "Vauxhall"un Lutondakı zavodunun bağlanması, həmçinin ABŞ-nin ticarət siyasəti göstərilir.
BBC xatırladır ki, hələ 2016-cı ildə Böyük Britaniya ildə 1.7 milyon avtomobil istehsal edirdi. O vaxtdan bəri ölkənin avtomobil sənayesi "Brexit" ətrafındakı qeyri-müəyyənlikdən tutmuş pandemiya və ABŞ Prezidenti Donald Trampın tarif siyasətinə qədər çoxsaylı böhranlarla üzləşib.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












