Brüssel avtomobil sərgisindəki ən ucuz avtomobillər - FOTO

2026-cı ildə Avropada ilk avtomobil sərgisi Belçikanın paytaxtı Brüsseldə qonaqlarını qarşılayacaq.
Avtosfer.az xəbər verir ki, artıq sərgiyə çıxarılacaq modellər də məlumdur. Bu sərgidə əsas yeri elektromobillər tutacaq. Sərgidə yer alacaq ən ucuz elektromobillər isə aşağıdakılardır.
Çin istehsalı olan “Leapmotor T03” modelinin gediş ehtiyatı 265 kilometrdir. Avropada yaxın müddətdə bazara çıxarılmış modelin qiyməti 18 900 avrodur.
“Dacia Spring Essential”ın kataloq qiyməti 18 990 avro olmasına rəğmən 13 990 avroya xüsusi endirmlə təklif edilir. qiymət texniki göstəricilərə də təsir edir. Maşının maksimal sürəti 125 km/saat, gediş ehtiyatı 220 kilometrdir.
Dacia ilə eyni mənşəyə malik “Renault Twingo E-Tech” isə 19 500 avroya təqdim edilir. Avtomobilin gediş ehtiyatı standarty batareya ilə 263 kilometrdir.
Bundan başqa, “Citroën ë-C3 You” 19 900 avroya, “BYD Dolphin Surf Active” 21 640 avroya, “Fiat Grande Panda” 23 840 avroya, “Hyundai Inster Core” 24 849 avroya təqdim edilir.
Qeyd edək ki, xəbərdə Belçika Krallığındakı satış qiymətləri əsas götürülsə də, sözügedən modellər btün ittifaq ölkələrində aşağı büdcəli modellər hesab edilir. İttifaq daxilində qiymətlər bir-birindən çox da ciddi fərqlənmir.
Vüqar

.jpg)
.jpg)
.jpg)
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












