Bu avtomobillər dövlət mülkiyyətinə keçəcək

Gömrükdən keçdiyi gündən 6 (altı) ay müddətində rəsmiləşdirilməmiş mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.
Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Belə ki, gömrük sərhədini keçdiyi gündən 6 (altı) ay müddətində rəsmiləşdirilməmiş və ya rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.
Mövcud qanunvericiliyə görə, gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçirilir.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












