Bu avtomobillər yolda anidən alışa bilər - Açıqlama

Sel və daşqın nəticəsində zərər görmüş avtomobillər bəzən təmir edilərək yenidən satış bazarına çıxarılır. Xarici görünüşü tam bərpa olunan belə nəqliyyat vasitələrinin əvvəlki vəziyyətini müəyyən etmək isə alıcılar üçün ciddi problem yaradır.
Bəs belə avtomobili almazdan əvvəl necə müəyyən etmək olar? Bu cür avtomobillərin gizli nasazlıqları sonradan sürücülər üçün hansı riskləri yarada bilər?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bəzi avtomobillərdə sel və ya su basmasının izlərini müəyyən etmək olduqca çətindir.
Onun sözlərinə görə, bunu avtomobilin xarici görünüşünə əsasən hər zaman müəyyən etmək mümkün olmur:
“Buna görə də vətəndaşlar ikinci əl, yəni işlənmiş avtomobil alarkən mütləq ehtiyatlı davranmalıdırlar. Belə avtomobilləri almazdan əvvəl onları həmin markanın rəsmi servisində peşəkar diaqnostikadan keçirmək tövsiyə olunur.
Rəsmi servislərdə xüsusi diaqnostika avadanlıqları vasitəsilə avtomobilin elektron sistemləri, mühərriki, elektrik naqilləri və digər vacib hissələri yoxlanılır. Bu zaman avtomobildə gizlədilmiş və ya adi baxış zamanı görünməyən nasazlıqların aşkarlanması ehtimalı artır. Bu da alıcının gələcəkdə ciddi problemlərlə üzləşməsinin qarşısını ala bilər.
Belə avtomobillərin əsas risklərindən biri elektrik sistemində yaranan problemlərlə bağlıdır. Əgər avtomobilin elektrik naqilləri suya və ya nəmə məruz qalıbsa, bu, müəyyən müddətdən sonra qısaqapanmaya səbəb ola bilər. Nəticədə avtomobildə müxtəlif elektron nasazlıqlar yarana bilər, hətta bəzi hallarda avtomobilin alışaraq yanması riski də meydana çıxa bilər.
Digər əsas risk isə avtomobilin metal hissələrinin korroziyaya uğramasıdır. Suya məruz qalmış avtomobillərdə zaman keçdikcə paslanma və çürümə prosesi sürətlənir. Bu isə həm kuzovun, həm də daşıyıcı konstruksiyaların möhkəmliyinə mənfi təsir göstərir, nəqliyyat vasitəsinin təhlükəsizliyini azaldır və sonradan yüksək təmir xərclərinə səbəb ola bilər”, – deyə ekspert fikrini tamamlayıb.
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












