Bu avtomobilləri almaq istəyənlər üçün VACİB XƏBƏR

Hibrid avtomobillərin idxalına tətbiq olunan gömrük rüsumu və vergi güzəştləri bu ilin sonuna qədər qüvvədədir. Yanvarın 1-dən etibarən bu güzəştlərin bitməsi gözlənilir. Hazırda bazarda həm satıcılar, həm də alıcılar vəziyyəti diqqətlə izləyirlər. Ekspertlər bildirir ki, güzəştlərin başa çatması avtomobil bazarında qiymət artımı və tələbatda dəyişiklik yarada bilər.
Bəs güzəştlərin başa çatması hibrid avtomobillərin qiymətlərinə necə təsir edəcək? Hazırda alıcılar bu vəziyyətə necə reaksiya verir? Satışlarda artım müşahidə olunurmu?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, insanlar elektromobil almağa tələsirlər. O vurğulayıb ki, hazırda bazarda əsas tendensiya budur və güzəşt müddətinin başa çatması ilə əlaqədardır.
Ekspertin sözlərinə görə, rəsmi idxalçılar və dilerlər tərəfindən avtomobil qiymətlərində artım müşahidə olunmur:
“Lakin qeyri-rəsmi idxalçılar - fərdi şəxslər və kiçik avtosalon sahibləri - vəziyyətdən istifadə edərək qiymətləri qaldırırlar. Onlar avtomobilləri pərakəndə şəkildə gətirərək satışa çıxarır və bu səbəbdən müəyyən qiymət artımı yaranır”.
E.Əliyev hibrid avtomobillərlə bağlı gələcək proqnozlardan da danışıb:
“Bazarın gələcək vəziyyətinə gəldikdə isə, ekspertlərin fikrincə, yanvar ayından sonra avtomobil satışlarında artım gözlənilir. Xüsusilə daxili yanma mühərrikli yeni avtomobillərin satış həcmi yüksələcək. Bununla yanaşı, elektrik avtomobillərinə olan tələbatın da artacağı proqnozlaşdırılır”.
Ekspert qeyd edib ki, hibrid avtomobillər üçün güzəşt müddəti uzadılmış olsaydı belə, bu, elektrik avtomobillərinin satış dinamikasına ciddi təsir göstərməzdi:
“Çünki hazırda həm dövlət, həm də özəl sektor tərəfindən elektrik nəqliyyat vasitələri üçün infrastrukturun genişləndirilməsi istiqamətində ciddi işlər görülür. Artıq təkcə Bakı və ətraf bölgələrdə deyil, həm də işğaldan azad olunmuş ərazilərdə şarj məntəqələri qurulub və onların sayının artırılması istiqamətində fəaliyyət davam etdirilir”.
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












