Bu da yeni "Lamborghini" - FOTO

Bu gün Instagram sosial şəbəkəsində whitesse adlı istifadəçi ən güclü və yeyin Aventador superkarının fotoşəkilini dərc edib. Lakin, bu şəklin həqiqətə uyğun olub-olmaması hələlik sual altındadır.
“Auto Express” nəşrinin bildirdiyinə görə, ekstremal Lamborghini Aventador SVJ superkarı bu ilin sonuna qədər təqdim ediləcəkdir. Bir müddət bundan əvvəl yeni superkarın prototipinin fotoşəkilləri internetdə peyda olmuşdur.
Prototipin güclü kamuflyaja büründüyünə baxmayaraq, onun aerodinamikasının yüksək məhsuldarlığa kökləndiyi görmək olar. İri splitterə malik olan aqressiv formalı ön bamper yerəbasma gücünü artırmaqla mükəlləfdir. Üstəlik, avtomobilin yan tərəfindəki iri formalı hava girişləri 6,5-litrlik V12 mühərrikinin daha yaxşı soyudulmasını təmin edəcəkdir.
Bundan başqa, superkar tam ölçülü arxa antiqanada, diffuzora və təkmilləşdirilmiş buraxılış sisteminə sahib olacaqdır. Lamborghini mühəndisləri avtomobiin güc aqreqatını da təkmilləşdirəcəkdirlər. Aventador SV modelində 750 at qüvvəsi təklif edən V12 mühərrikinin gücünün 800 at qüvvəsinə artırılacağı gözlənilir.
Bundan əlavə, italyan mütəxəssisləri avtomobilin şassisi və asqısı üzərində də işləyəcəkdirlər. Məlum olduğu kimi, Jota indeksi ən aqressiv və eksklyuziv Lamborghini modelləri üçün hazırlanıbdır. Bu adı əvvəllər ekstremal Miura və Diablo modelləri daşıyıblar. İndi isə, bu elitaya daxil olmaq növbəsi Aventador modelinə çatıbdır. (autograph)

Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












