Bu il almaq üçüb ən yaxşı krossover açıqlandı - SİYAHI

Krossoverlər artıq uzun müddətdir dünyanın ən populyar avtomobilləri sırasındadır, çünki onlar həm komfort, həm də asfalt olmayan yollarda etibarlı hərəkət qabiliyyətini birləşdirir. Lakin modellərin çoxluğu səbəbindən “ideal” variantı tapmaq o qədər də asan deyil.
Avtosfer.az xəbər verir ki, gələcək sahiblər üçün işləri asanlaşdırmaq məqsədilə Böyük Britaniyanın "RAC Limited" şirkətinin ekspertləri bu il alınacaq ən yaxşı krossoverlərin siyahısını hazırlayıb. Nəticələr "Daily Express" nəşrində dərc olunub.
Ekspertlər vurğulayıblar ki, "Dacia Duster" ən yaxşı kompakt SUV-dur. Mütəxəssislər ənənəvi olaraq avtomobilin geniş və praktik salonunu, “brutal” dizaynını, həmçinin əsl off-road avtomobilinə xas imkanlarını qeyd edirlər.
Əlavə üstünlük kimi "Duster"in əlverişli qiyməti göstərilir, bu qiymət rəqiblərindən daha aşağıdır.
Britaniyalılar diqqət yetirməyə dəyər digər krossover modellərini də açıqlayıblar. Ümumilikdə yeddi avtomobil seçilib. Bunlar arasında həm büdcəyə uyğun, həm də premium sinifdən "Lexus" var.
2026-cı ildə alınacaq ən yaxşı krossoverlər:
*Dacia Duster
*Lexus LBX
*Renault Captur
*Vauxhall Mokka
*Nissan Juke
*Jeep Avenger
*Peugeot 2008/Hit.az
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












