Bu il üçün dünyanın ən dəyərli avtomobil markaları – ARAŞDIRMA

Qlobal avtomobil bazarının ümumi dəyəri bu il 3 trilyon dollara çatıb.
Avtosfer.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, qlobal avtomobil bazarının 2033-cü ilə qədər 6,8 trilyon dollardan çox böyüməsi gözlənilir.
Dünyanın ən böyük avtomobil bazarı Çin hesab olunur. Qlobal avtomobil bazarında 6% payla Çin liderliyini qoruyur. Bu nəhəng bazar bütün qlobal satışların 29,2%-ni təşkil edib.
Siyahıda ikinci yerdə ABŞ qərarlaşıb. Bu ölkə qlobal satışlarda 19,4% paya, ümumi avtomobil bazarında isə 4,1% paya sahibdir.
Məlumata görə, bu ilin ən dəyərli avtomobil brendi elektrikli avtomobil istehsalçısı "Tesla"dır. Belə ki, "Tesla"nın bazar dəyəri hazırda 1,4 trilyon dollar təşkil edir. Təkcə bu ilin üçüncü rübündə 497,120 "Tesla" avtomobili satılıb. Bu da şirkət tarixində rekord səviyyə hesab olunur.
Siyahıda ikinci yerdə "Toyota" gəlir. Belə ki, bu avtomobil istehsalçısının dəyəri 246,9 milyard dollar təşkil edir. Bu ilin üçüncü rübündə "Toyota" 629.137 avtomobil satıb. "Toyota"nın bu ilin üçüncü rübündə təkcə ABŞ-də satışları təxminən 16% artıb.
Araşdırmalara görə, 2025-ci ilin ən dəyərli avtomobil markaları bunlardır:
Marka
Dəyəri
Tesla
1,4 trilyon dollar
Toyota
246,9 milyard dollar
Xiaomi
164,1 milyard dollar
BYD
130,9 milyard dollar
Ferrari
70,8 milyard dollar
Mercedes-Benz
59,6 milyard dollar
Maruti Suzuki India
57,2 milyard dollar
BMW
55,9 milyard dollar
General Motors
52,9 milyard dollar
Volkswagen
52,5 milyard dollar
Mahindra & Mahindra
47,2 milyard dollar
Ford
45,9 milyard dollar
Porsche
43,1 milyard dollar
Honda
39,5 milyard dollar
Hyundai
38,3 milyard dollar
Seres Group
36,5 milyard dollar
Stellantis
29,3 milyard dollar
Kia
27,8 milyard dollar
Suzuki Motor
27,6 milyard dollar
SAIC Motor
26.6 milyard dollar
Great Wall Motors
25,2 milyard dollar
Geely
24 milyard dollar
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO












