Bu maşınlar bahalaşacaq – 3-4 min manat fərq olacaq

Hazırda avtomobil bazarında maşın satmaq istəyənlər üçün acınacaqlı, almaq üçün isə əlverişli şərait yaranıb.
Yeni hibrid maşınlar üçün tətbiq olunan güzəştlər ikinci əl maşınların bazarını xeyli “öldürüb”. 18-30 min arası qiymətə yeni Çin avtomobillərinin təklif edilməsi ənənəvi markalara ( Mercedes, BMW, Toyota, Hyundai, Kia və s. ) marağı kəskin azaldıb.
Bakıda insanların günün 4,5 saatını tıxacda keçirdiyini nəzərə alsaq benzin mühərrikli maşınlar lap arxa plana keçib. Demək olar ki, benzinlə işləyən maşınları alan yoxdur. Bu səbəbdən də bu maşınların qiymətində 5-6 min manata yaxın ucuzlaşma hiss olunur.
Lakin, hibrid avtomobillər üçün tətbiq olunan güzəştlər bu ilin sonuna kimi nəzərdə tutulub. Güzəşt müddətinin uzadılması gözlənilsə də, uzadılmamaq ehtimalı da var. Güzəşt müddəti uzadılarsa avtomobil parkı tam yenilənəcək, ili köhnə maşınlar isə “su qiymətinə” düşəcək. Yox əgər, güzəşt müddəti uzadılmasa onda həm Çin maşınları, həm də digər ikinci əl maşınlar kəskin bahalaşacaq. Ekspertlər düşünür ki, hibrid maşınlar üçün güzəşt müddəti uzadılmasa ikinci əl maşınların qiyməti 3-5 min manat artacaq.
Məlum məsələdir ki, müştərilər Çin maşınlarını ucuz olduğuna görə alırdılar. Çin maşınlarının qiyməti gömrük rüsumuna görə artsa, ənənəvi markaların bazarı xeyli canlanacaq. Bu səbəbdən də ikinci əl maşın satan şəxslərə səbr etmələri, ikinci əl maşın almaq istəyənlərə isə mövcud ucuzlaşmanı dəyərləndirmək tövsiyyə olunur.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin ilk 8 ayında Azərbaycana 733 milyon dollar dəyərində 37 183 ədəd hibrid mühərrikli avtomobil idxal edilib. Bu isə ötən illə müqayisədə 2.7 dəfə artım deməkdir.(milli.az)
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












