Bu maşınların problemi ortaya çıxdı – Buna görə alınmır...

Bir çox ölkələrdə olduğu kimi Azərbaycanın da öz yerli avtomobil sənayesi mövcuddur. Lakin bu sahə ilə bağlı dolğun məlumatlar yoxdur. Əksinə, şikayət və narazılıqlar daha çoxdur. Hətta bir çoxları alıcıların yerli istehsala üstünlük vermədiklərini də iddia edir. Bəs bu sahə ilə bağlı ən son durum necədir?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı iddia və sualları belə cavablandırıb:
“Yerli istehsal olan avtomobillərin alıcı kütləsi var. Sadəcə alanların çoxu şikayət edir və narazılıqlarını bildirirlər. Zaman-zaman bu kimi durumların şahidi olmaq mümkündür. Seçimlərini yerli istehsaldan edərək, avtomobil alan insanların keyfiyyət problemi yaşamasını artıq hamı bilir. Təəssüflər olsun ki, keyfiyyətlə bağlı, servis xidməti və digər məsələlərdə bir sıra problemlər yaşanır”.
Ekspert hansı alıcıların daha çox yerli istehsala üz tutduğunu da açıqlayıb:
“Düşünürəm ki, əvvəlki illərə baxanda indiki istehsalda müəyyən irəliləyişlər var. Əvvəllər daha çox problemlər olduğu üçün isə indi yerli istehsala maraq azalıb. Çünki insanların artıq əvvəlki dövrdən gözü qorxub. Ona görə də ölkəmizdə istehsal edilən maşınları almaqda tərəddüd edirlər. Amma müəyyən qədər maraq var. İnsanlar təzə avtomobil almaq istəyirlər. Məşhur brendlərə maddi cəhətdən gücü yetməyənlər və Çin maşını almaq istəməyənlərin ümidi yerli istehsala qalır”.
E. Muradlı onu da vurğulayıb ki, yerli avtomobil markalarının reklam siyasəti olduqca uğursuzdur:
“Yerli istehsal dedikdə, başqa ölkələrdən idxal edilən ehtiyat hissələri ilə ərsəyə gətirilən nəqliyyat vasitələri nəzərdə tutulur. Burada da artıq seçim imkanları mövcuddur. Ancaq təəssüf ki, bu sahədə təbliğat zəifdir. Yerli şirkətlər nəyə arxayndırlarsa, elə bilirlər ki, onların əvəzindən kimsə təbliğat aparmalıdır. Çox təəssüf ki, yerli media ilə işləmirlər və məhsulun necə istehsal etdiklərini heç kəs bilmir. Bu cür problemlər çoxdur. Ona görə ki, bazardakı məhsulun təqdimatını necə edəcəkləri barədə məlumatsızdırlar”.
(yenisabah.az)
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTOLAR
Bu iki qaydaya əməl etməyən sürücülər qəza şəraiti yaradır – XƏBƏRDARLIQ
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat










