Bu ölkə “BMW”ni cərimələdi

Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi bir neçə avtomobilin mühərrikində baş vermiş yanğın faktı ilə əlaqədar həmin seriyadan olan nəqliyyat vasitələrinin geri çağırılma prosesini gecikdirdiyi və yanğına səbəb olan qüsurlu detallar barədə əvvəlcədən məlumatlı olmasını gizlətdiyi üçün “BMW”ni 11,2 milyard von (9,93 milyon ABŞ dolları) məbləğində cərimələyib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, ilin əvvəlində 40-a yaxın “BMW” avtomobilinin mühərrikində baş verən yanğından sonra mülki mütəxəssislərdən və dövlət qurumlarının əməkdaşlarından ibarət qrupun araşdırması nəticəsində həmin avtomobillərin qaz dövriyyəsi sistemindəki soyuducu maye çatışmazlığı və klapanların qüsurlu olması müəyyənləşdirilib. Bundan sonra istehsalçı şirkətin qarşısında həmin seriyadan olan təxminən 100 min avtomobili geri çağırmaq və qüsurlu hissələri dəyişmək tələbi qoyulmuşdu. Bundan başqa, məsələ ilə əlaqədar prokurorluğa müraciət edilmişdi.
Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi qeyd olunan qüsurları 2015-ci ildən bilən “BMW” şirkətinin rəhbərliyini tənqid etmişdi.
Cari ilin oktyabrında “BMW” konserni müvafiq qüsurları araşdırmaq üçün xüsusi qrup yaratmaqla bərabər, həmin qüsurları Koreya tərəfinin dediyi kimi 2015-ci ildən deyil, yanğın halları baş verəndən sonra öyrəndiyini iddia edib.
Qeyd edək ki, Cənubi Koreyada dizel yanacağı ilə işləyən “BMW” avtomobillərinin mühərrikində baş verən yanğın hallarından sonra avqustda “BMW” sahibi olan 1226 nəfər istehsalçı şirkəti məhkəməyə vermişdi. Onlar maddi və mənəvi ziyana görə hər adama 15 milyon Koreya vonu (13,5 min ABŞ dolları) kompensasiya tələb ediblər.
Sözügedən yanğın faktları Cənubi Koreyada “BMW” avtomobillərinin satışının azalmasına da təsirsiz ötüşməyib. Belə ki, cari ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz az “BMW” satılıb.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












