Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

Avtomobil alarkən təkcə mühərrikin gücünə və ya təhlükəsizlik sistemlərinə baxırsınızsa, yanıla bilərsiniz. Aparılan araşdırmalar göstərir ki, adətən yalnız estetik seçim kimi baxılan avtomobilin rəngi yanacaq sərfiyyatına da birbaşa təsir edir.
Avtosfer.az xəbər verir ki, "Berkeley Lab" tərəfindən aparılan tədqiqat zamanı rənglərin yanacaq çəninə necə təsir etdiyi üzə çıxıb. Məsələnin sirri günəş işığı və istilik udma qabiliyyətindədir. Tünd rənglər günəş şüalarını süngər kimi udaraq avtomobilin salonunu sürətlə qızdırır, açıq rənglər isə işığı geri əks etdirərək salonun daha sərin qalmasını təmin edir.
Salonun həddindən artıq qızması kondisioner sisteminin daha yüksək güclə və uzun müddət çalışmasına, bu da öz növbəsində mühərrikə əlavə yük mindirərək yanacaq sərfiyyatının artmasına səbəb olur. Tədqiqatın nəticələrinə görə, işığı əksetdirmə dərəcəsi ən yüksək olan ağ, boz və ya gümüşü rəngli avtomobillər yanacaq qənaəti baxımından ən əlverişli mövqedədir. Günəş şüalarını geri dəf edən bu rənglər sayəsində kondisioner daha az çalışır və mühərrik əlavə güc sərf etmir.
Avtomobillərin rənginə görə yanacaq sərfiyyatı artımı ən azdan ən çoxa doğru ağ (en az istilik udma, maksimum qənaət), boz, sarı, qırmızı, mavi, yaşıl, bənövşəyi, qəhvəyi və qara (ən yüksək istilik udma, maksimum sərfiyyat) şəklində sıralanır.
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












