Bu təkərdən almayın - Ciddi problem aşkarlandı

"Goodyear" şirkəti "Eagle F1 Supersport" seriyasına aid bəzi təkər partiyalarını geri çağırdığını elan edib. Məsələ müəyyən məhsul partiyalarına aiddir və istismar zamanı protektorun deformasiyasına və ya onun hissələrinin qopmasına səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə INTERIA.PL nəşri yazıb.
Bildirilir ki, “Eagle F1 Supersport” seriyasının bəzi təkərləri yüksək sürətlə hərəkət zamanı təhlükəsizlik tələblərinə cavab verməyə bilər. Şirkət xəbərdarlıq edib ki, bu təkərlərlə təchiz olunmuş avtomobillərdə yüksək sürətdə idarəetmənin itirilməsi riski artır.
“Goodyear” “Eagle F1 Supersport” təkərlərinin sahiblərini mümkün qədər tez təkərlərin üzərindəki işarələmələri yoxlamağa çağırıb. Seriya nömrəsi siyahıda olduğu halda, sürücülərə dərhal diler və ya səlahiyyətli servis mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunub.
Geri çağırılma aşağıdakı yüksək məhsuldarlıqlı təkər modellərini əhatə edir:
* “Goodyear Eagle F1 Supersport” 255/35ZR20 (97Y)
* “Eagle F1 Supersport XL” 305/30ZR21 (104Y)
* “Eagle F1 Supersport” 295/30ZR22 (103Y)
* “Supersport” 315/30ZR22 (107Y)
Geri çağırılan təkərlərin işarələmələri:
* 1DM5V JACR 2224
* 1DM5V JACR 3625
* 1DM5V JACR 3725
* 1DMKX JD1R 2324
* 1DMKX JD1R 3525
* 1DMKX JD1R 3625
* 1DMKX JD1R 3725
* TIN 1L1K8 JB1R 1224
Nəşr vurğulayıb ki, təkərlərin dəyişdirilməsi istehsalçının hesabına həyata keçiriləcək. Yoxlama aparılana qədər sürücülərə yüksək sürətlə hərəkət etməmək tövsiyə olunur./Demokrat.az
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












