Bulvarda retro avtomobillər, dolub-daşan nostalji anlar - FOTO

Avqustun 30-da Bakıda Azərbaycan Avtomobil Federasiyası (AAF) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi və çövkən oyunu, at şousunun bir araya gəldiyi tədbir keçirilir.
Avtosfer.az xəbər verir ki, tədbir Bakı bulvarında klassik avtomobillərin sərgisi ilə başlayıb. Dənizkənarı Milli Parkda AAF-da tədbir üçün qeydiyyatdan keçən klassik avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələri nümayiş olunur.
Yüzdən çox klassik avtomobilin iştirak etdiyi tədbirdə müxtəlif illərə aid nəqliyyat vasitələrini görmək mümkündür.
Bu nadir eksponatlar avtomobil sənayesinin inkişaf mərhələsini əks etdirərək, vizual baxımdan hər zaman diqqəti cəlb edir.
Sonra retro avtomobillər şəhərin mərkəzi küçələri daxil olmaqla Neftçilər prospekti - Ağ Şəhər bulvarı - Heydər Əliyev Mərkəzi - Heydər Əliyev prospekti - Binə Atçılıq Mərkəzi marşrutu ilə hərəkət edərək Bakı sakinləri və qonaqlarına nostalji dolu anlar yaşadacaqlar.
Qeyd edək ki, müxtəlif illərdə fərqli avtomobil şirkətləri tərəfindən istehsal edilən klassik nəqliyyat vasitələri paytaxtımızın görünüşünə xüsusi ovqat qatıb.
Bu avtomobillərin hər biri nəinki müasir nəqliyyat vasitələrindən fərqlənən görünüşü, həm də öz tarixi ilə də maraq doğurur.(oxu.az)
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?


























