"Caspian Motor-Show” bu il “Sea Breeze”də keçiriləcək

26-28 iyun 2026-ci il tarixində növbəti “Caspian Motor-Show” avtomobil sərgisi baş tutacaq.
Avtosfer.az xəbər verir ki, AADA bu avtoşounu Azərbaycsn Avtomobil Federasiyasının təşkilati dəstəyi ilə həyata keçirir. “Caspian Motor-Show” - unikal sərgidir. 2003-cü ildən başlayaraq, tədbir açıq havada: dəniz kənarında və ya dağlıq regionlarda, bir sözlə, istirahət məkanlarında baş tutur.
“Caspian Motor-Show” 2023-cü ildə Sea Breeze-də , 2025 ci ildə isə Dəniz kənarı Milli park ərazisində keçirilib. Adətən AADA-nın təşkil etdiyi avtoşoularda yalnız rəsmi avtomobil idxalçıları, rəsmi distribütor və diler şirkətləri iştirak edir. Sərgi günlərində bir çox yeni modellərin rəsmi premyerası baş tutacaq. Sərgidə eləcə də avtomobil ehtiyat hissələri, aksesuarlar, avtokosmetika, moto-velo texnika, avtomobil klubları, tüninq studiyaları və s. nümayiş etdiriləcək. Qeyd edək ki, avtoşounun ziyarətçiləri arasında ənənəvi olaraq, müxtəlif müsabiqələr təşkil olunur, qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılır. Bir sözlə “Caspian Motor-Show” hər zaman olduğu kimi əsl avtomobil bayramına çevriləcək.
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB












