Çin avtomobil sənayesi: şagirdlər müəllimləri qabaqladılar

Çinin avtomobil sənayesinin tarixi ötən əsrin 50-ci illərinə gedib çıxsa da, ciddi sıçrayış 2000-ci illərdə baş verdi.
Avtosfer.az xəbər verir ki, 90-cı illərin sonunda Qərb və Yaponiyanın avtomobil istehsalçıları Çində birgə müəssisələr quraraq (50/50) istehsala başladılar. Bu zaman Çinin hələ ki müstəqil modelindən söhbət gedə bilməzdi. Avropa markaları elə öz adları ilə istehsal olunub satılırdı.
2000-ci illərin əvvəllərindən etibarən çinlilər ya lisenziya, ya da bənzətmə yolu ilə öz maşınlarını istehsal etməyə başladılar. İlk vaxtlar keyfiyyət aşağı idi. Amma çinli mühəndislər artıq Avropa və Yaponiya təcrübəsini öyrənmişdilər.
2020-ci ildən sonra isə tamamilə əks tendensiya müşayiət olunur: birgə müəssisələr sürətlə çökür, Çinin öz markaları isə çiçəklənir. Elektromobil sahəsində isə Çİn birmənalı şəkildə dünyanı qabaqlayıb. Elektromobillər həm də Çinə texnoloji geriliyi aradan qaldırmağa imkan verdi.
Bu gün artıq Çinin böyük markaları özləri avtomobil layihələndirir və istehsal edir. Artıq onların istehsal üçün Avropa və ya ABŞ-dən lisenziya almaq zərurəti yoxdur. Tam əksinə, bu gün onlar başqa qitələrə ixracla məşğuldurlar.
Avropanın avtomobil jurnallarından biri bu vəziyyəti belə şərh edib: 20 ildə şagirdlər müəllimə çevrildilər. Pekin artıq istehsal edir, innovasiya edir və ixrac edir.
Vüqar
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR












