Çin avtomobil şirkəti "Nissan"ın zavodunu satın aldı

Çinin "Chery" avtomobil şirkəti "Nissan"ın və Cənubi Afrika Respublikasının (CAR) Rosslin şəhərindəki istehsal aktivlərini alıb.
Avtosfer.az rg.ru-ya istinadən xəbər verir ki, sövdələşmə torpaq sahəsinin, binaların və əlaqəli infrastrukturun, o cümlədən bitişik zavodun "Chery" şirkətinə verilməsini əhatə edir.
Müqavilənin bir hissəsi olaraq, ərazidəki "Nissan" işçilərinin əksəriyyəti "Chery"dən oxşar şərtlərlə iş təklifləri alacaqlar. Bu, xeyli sayda iş yerini qoruyacaq və yerli təchizat zəncirinin davamlı fəaliyyətini təmin edəcək.
"Nissan Africa"nın rəhbəri Jordi Vila işçilərinin, tərəfdaşlarının və müştərilərinin maraqlarını nəzərə alaraq optimal həll yolu axtardığını qeyd edib. O, xarici amillərin zavodun istifadəsinə və "Nissan" strukturunda uzunmüddətli gəlirliliyinə mənfi təsir göstərdiyini vurğulayıb.
Xəbərdə bildirilir ki, "Nissan" CAR bazarında satış və xidmət əməliyyatlarını davam etdirəcək. Şirkət 2026-cı ildə "Nissan Tekton" və "Nissan Patrol" da daxil olmaqla bir neçə yeni modelin satışa çıxarılmasını planlaşdırır.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












