Çin avtomobil şirkətləri üçün ABŞ bazarı bağlanır

ABŞ Konqresi Çin avtomobil istehsalçılarının Amerika bazarına girişini tamamilə bağlaya biləcək yeni qanun layihəsi hazırlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Carscoops" nəşri məlumat yayıb.
Bildirilib ki, təşəbbüs Nümayəndələr Palatasının Çin üzrə xüsusi komitənin sədri Con Mulenar və konqresmen Debbi Dinqell tərəfindən irəli sürülüb. Sənəd istehsalçısı xarici düşmən hesab edilən dövlətlərlə əlaqəli olan şəbəkəyə qoşulan avtomobillərin idxalına, yığılmasına, satışına və ölkəyə gətirilməsinə tam qadağa qoyulmasını nəzərdə tutur. Burada Çin, Rusiya, Şimali Koreya və İran kimi ölkələrdən bəhs edilir. ABŞ bazarında fəaliyyət göstərən iri avtomobil istehsalçıları bu qanun layihəsini dəstəkləyiblər.
Sənəddə konkret müddətlər müəyyən olunub: 1 yanvar 2027-ci ildən etibarən qeyd olunan ölkələrə aid avtomobil proqram təminatı, 1 yanvar 2030-cu ildən isə onların ehtiyat hissələri qadağa altına düşəcək. Ticarət nazirinə sənayenin yeni tələblərə əməl edə bilməsi üçün uyğunluğun təsdiqlənməsi qaydasını, habelə məcburi qərarların çıxarılması və məsləhətləşmələr mexanizmini hazırlamaq tapşırılıb. Hər bir qayda pozuntusuna görə ən azı 1,5 milyon dollar və ya əməliyyatın dəyərinin beş qatı həcmində cərimə nəzərdə tutulur. Tətbiq zamanı bu məbləğlərdən daha böyük olanı əsas götürüləcək.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












