Çin avtomobillərinin ucuzluğunun real səbəbi və ya sosialist sistemin fərqi

“Çin avtomobili niyə ucuzdur?” sualına sadə insanların cavabı budur: keyfiyyət aşağıdır. İqtisadçılar isə bunu ucuz işçi qüvvəsi ilə izah edirlər.
Hər 2 fikirdə həqiqət payı var. Amma Çin istehsalı olan bütün məhsullara keyfiyyətsiz damğası vurmaq qeyri-obyektiv yanaşmadır.
Avtosfer.az xəbər verir ki, avropalı jurnalist qrupu elmi-tədqiqat institutları ilə birgə Çin avtomobillərini araşdırıb. Bu məqsədlə bir neçə avtomobil alınaraq sökülüb və təhlil olunub.
Məlum olub ki, Çin maşınlarının ucuzluğunun başlıca səbəbi konsepsiya oxşarlığıdır. Avropalı istehsalçılar rəqabət şəraitində işləyərək fərqli konsepsiyada maşın layihələndirirlər. Çində isə əksər müəssisələr bir-biri ilə rəqabət deyil, əməkdaşlıq çərçivəsində işləyir. Sadə dildə desək, avtomobil istehsal edən zavodlar hansısa texniki həll üçün bir-biri ilə əməkdaşlıq edir. Dövlət də bunu təşviq edir. Güc və iş birliyi olduğu üçün universal layihələr ortaya çıxır.
Beləliklə, müəssisələr ayrı-ayrılıqda layihələr hazırlamaq kimi böyük əmək, vaxt, elmi potensial və vəsait tələb edən işlərdən qurtulur. Bu da son nəticədə məhsulun maya dəyərinin aşağı salınmasına, rəqabət qabiliyyətinin artmasına səbəb olur.
Çin müəssisələrinin bu davranışı haradan qaynaqlanır? Bu sualın cavabı siyasidir. Çin sosializm modelindən tam imtina etməyib. Sosializmin tələbi isə rəqabət yox, əməkdaşlıqdır. Məhz bu əməkdaşlığın düzgün qurulması Çində bir çox sahənin sürətlə inkişafına zəmin yaradır.
Bir vacib faktı da deyək ki, Çinin avtomobil sənayesini Sovet İttifaqı qurub. Lakin müasir Rusiyadan fərqli olaraq çinlilər 30-40 illərin modellərini istehsal etməkdə israr etməyiblər. 80-ci illərin sonundan başlayaraq ölkə üzünü Qərb texnologiyalarına çevirib.
Vüqar
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTOLAR
Bu iki qaydaya əməl etməyən sürücülər qəza şəraiti yaradır – XƏBƏRDARLIQ
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat











