Çin istehsalı avtomobillərlə bağlı vacib XƏBƏRDARLIQ

"Zəmanət müddəti başa çatdıqdan və müntəzəm təmir xərcləri artmağa başladıqdan sonra Çin istehsalı olan avtomobilin satılması barədə düşünmək məqsədəuyğundur".
Avtosfer.az-ın "Rossiyskaya gazeta"ya istinadən verdiyi xəbərə görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi Aleksandr Kovalyov açıqlama verib.
Ekspert bildirib ki, avtomobildə korroziya əlamətləri, ötürmə qutusunda titrəmələr və mühərrik yağının istehlakının artması müşahidə olunarsa, Çin avtomobilini satışa çıxarmaq tövsiyə olunur. Onun sözlərinə görə, bu hallar digər ölkələrin avtomobillərində olduğu kimi, texniki "yorğunluğun" ümumi göstəriciləridir.
Bununla belə, Aleksandr Kovalyov vurğulayıb ki, müasir Çin avtomobil modelləri keyfiyyət baxımından ciddi irəliləyişlər əldə edib. Bu səbəbdən avtomobildən imtina etmək üçün konkret və universal bir əlamət mövcud deyil.
Ekspert eyni zamanda xəbərdarlıq edib ki, Çin avtomobilləri Avropa, Yaponiya və Koreya istehsalı olan modellərlə müqayisədə bazarda daha az likviddir. Bunun əsas səbəbləri arasında model sırasının tez-tez dəyişməsi və sürücülər arasında hələ də qalmaqda olan stereotiplər göstərilir.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












