Çin maşınlarını alanlar niyə dərhal satır? — AÇIQLAMA

Son illər Azərbaycanda Çin istehsalı olan avtomobillərə maraq artsa da, bu nəqliyyat vasitələrinin bir qisminin alındıqdan qısa müddət sonra satışa çıxarıldığı müşahidə olunur. Avtomobil bazarındakı elanlar göstərir ki, bəzi sürücülər yeni aldıqları maşınları bir neçə ay istifadə etdikdən sonra yenidən satışa qoyurlar. Bu tendensiya istehlakçı məmnuniyyəti, texniki etibarlılıq və servis xidmətlərinin keyfiyyəti ilə bağlı sualları gündəmə gətirir. Eyni zamanda, ehtiyat hissələrinin əlçatanlığı və dəyər itkisi də müzakirə olunan əsas məsələlər sırasındadır.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Razil Nağıyev Demokrat.az-a bildirib ki, bu tendensiyanın formalaşması bir neçə amilin üst-üstə düşməsi ilə izah olunur və bunu təkcə bir səbəblə əlaqələndirmək düzgün olmaz:
Ekspert deyib ki, bazarda modellərin və təkliflərin sürətlə artması alıcılara daha çox alternativ yaradır və bu da avtomobili uzunmüddətli istifadə vasitəsindən daha çox dəyişilə bilən seçim kimi görməyə səbəb olur:
“Digər tərəfdən, bəzi istifadəçilər ilkin gözləntilərlə real istismar təcrübəsi arasında fərqlər müşahidə etdikdə avtomobili satmaq qərarı verirlər. Bununla yanaşı, müəyyən hallarda ehtiyat hissələrinin tədarük müddəti və əlçatanlığı ilə bağlı yaranan çətinliklər də istifadəçilərin qərarlarına təsir göstərə bilər. Bu amil avtomobilin gündəlik istismarına birbaşa təsir etməsə də, uzunmüddətli baxışda bəzi alıcıların riskləri azaltmaq məqsədilə avtomobili daha tez satışa çıxarmasına səbəb olur”.
Onun sözlərinə görə, asan kredit şərtləri və aktiv kampaniyalar avtomobilin qısa müddət sonra yenidən satışa çıxarılmasını təşviq edən bazar davranışını formalaşdırıb:
“Ümumilikdə, bu hal bazarın təbii uyğunlaşma prosesi kimi qiymətləndirilə bilər və hər hansı konkret brend və ya modelə yönəlmiş problem kimi dəyərləndirilməməlidir”.
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












