Çin şirkəti avtomobil istehsalında humanoid robotlardan istifadə etməyə başladı

Çinin nəhəng avtomobil istehsalçısı olan Şanxay Avtomobil Sənaye Korporasiyası (SAIC) öz istehsal prosesinə humanoid robotları cəlb edib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Yicai" nəşri məlumat yayıb.
Artıq "Nenzai-1" adlı robot "Buick Electra E7" hibrid krossoverinin batareyalarının istehsal prosesində işə başlayıb.
Sözügedən android "SAIC-GM" (SAIC ilə "General Motors"un birgə müəssisəsi) və "AgiBot" şirkətlərinin müştərək səyləri nəticəsində ərsəyə gətirilib.
Mərkəzi Şanxay şəhərində yerləşən SAIC Çinin ən iri avtomobil korporasiyaları sırasında yer alır. Şirkət "Roewe", "MG", "IM", "Maxus" kimi avtomobillər, o cümlədən "Sunwin" avtobusları daxil olmaqla müxtəlif nəqliyyat vasitələrinin istehsalını həyata keçirir. Eyni zamanda, SAIC "General Motors" və "Volkswagen" konsernləri ilə ortaq müəssisələrə sahibdir.
Qeyd edək ki, Çinin avtomobil sənayesində humanoid robotların test edilməsi artıq geniş yayılmış trenddir. Belə ki, mart ayının əvvəllərində "Xiaomi" texnologiya nəhəngi də öz avtomobil zavodunda insanabənzər robotların sınaqlarına start vermişdi. Bununla yanaşı, qlobal miqyasda ən böyük elektromobil batareyası istehsalçısı olan CATL 2025-ci ilin dekabrında öz fabriklərində bu cür robotların tətbiqinə başlayıb.
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












