Çinin avtomobil istehsalçıları vergidən bu sxemlə yayınır

Artıq Avropa Çin istehsalı olan elektromobillərə böyük rüsum tətbiq edib. Son günlərdə Çin rəsmilərinin avropalı siyasətçilərlə danışıqları da fayda verməyib. Lakin Pekin (hələlik) çıxış yolu tapıb. Avtosfer.az xəbər verir ki, rəsmi Pekin yerli elektromobil istehsalçılarına Avropaya sərmayə qoymamağı tövsiyə edib. Çinin yanaşması konkretdir: Avropaya pul qoyaraq onları zənginləşdirmək olmaz. Avtomobil ixracında isə başqa yol tapılıb: hibrid, daha doğrusu, doldurulabilən hibridlərin Avropaya ixracını artırmaq. Bu modellər üçün gömrük rüsumu aşağıdır. Həm də taktika Avropada elektromobil satışlarının minimuma endiyi vaxta təsadüf edir.
Avropa bazarını itirməmək üçün Çinin sırf elektromobil istehsal edən müəssisələrindən bəziləri də hibrid modellərin istehsalına keçməyi planlaşdırır.
Lakin bu taktikanın nə qədər səmərə verəcəyini qabaqcadan söyləmək mümkün deyil.
Vüqar Yaşaroğlu
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












