Çinin lüks avtomobillərində ciddi problemlər aşkarlandı - FOTO

Çinin dəbdəbəli "LiXiang" markasının "L7" və "L9" modellərində aşkarlanan problemlərlə bağlı Rusiyada onlara tələbat 50% azalıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunub ki, hər iki avtomobil modelində pnevmatik asqı, kondisioner və radiator barmaqlığı ilə bağlı ciddi problemlər aşkar edilib, buna görə də, avtomobilin qışda sürəti 40 km/saatla məhdudlaşır.

Məlumata görə, cari ilin ilk ayında salonda bu avtomobillərdən cəmi 955 ədəd satılıb. Bu, 2024-cü ilin dekabr ayı ilə müqayisədə təxminən iki dəfə azdır (2 105 ədəd). Statistikaya görə, 2025-ci ilin yanvar ayı Rusiya bazarında çin avtomobillərinin satışı tarixində ən pis ay olub.

Ehtimal olunur ki, buna səbəb avtomobillərin tez-tez xarab olması və təmirinin uzun müddət, ciddi məbləğ tələb etməsidir.
(oxu.az)
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












