Çinli istehsalçılar hər gün 4 yeni model təqdim edir – KİM QAZANIR, KİM UDUZUR?

Onilliklər ərzində formalaşan iqtisadi qanuna görə bazarda təklif tələbə müvafiq olmalıdır. Lakin Çində vəziyyət bir qədər fərqlidir.
Avtosfer.az “Bloomberg”ə istinadla xəbər verir ki, Çində yüzdən artıq avtomobil istehsalçısı bazarda yer tuta bilmək üçün amansız rəqabət aparır. 2026-cı ilin ilk 6 ayında istehsalçılar 650 yeni və ya restaylinq olunmuş model təqdim ediblər. Başqa sözlə, günə 4 model. Müqayisə üçün, ABŞ-də son 4 ildə cəmi 159 yeni və ya restaylinq versiya mövcuddur.
Bəs Çinin bu sürətinin nəticəsi nədir?
İlk baxışdan bu rəqəm Çinin avtomobil sənayesində transformasiya və adaptasiya sürətini göstərir. Lakin, 650 rəqəmini diqqətlə analiz etdikdə əksər hallarda hansısa forma və ya rəng dəyişikliyinin şahidi oluruq (müqayisə üçün Rusiyada VAZ-2106-nın 2 fərqli bamperlə, 3 mühərriklə istehsal edilib – müəl.).
Çinli mütəxəssislərin özü də bu cür sürətli dəyişikliyin ölkənin avtomobil sektoru üçün yaxşı hesab etmirlər: avtombillərin qalıq dəyəri ciddi şəkildə azalır. Təzə avtomobil 3 aydan sonra ciddi şəkildə dəyər itirir. Avtomobil uzunmüddətli sərmayə obyekti olmaqdan çıxaraq, istifadə edilib atılan smartfona dönür. İşlənmiş avtomobil bazarı da paralel olaraq çökür. BYD-nin vitse-prezidenti bildirir ki, bazara çıxan yeni modelin satışları cəmi 3 aydan sonra çökür.
Digər tərəfdən, yeni avtomobil almaq üstəyənlər də daha yaxşı modelin çıxacağını gözləyərək təzə avtomobil alışını təxirə salırlar. Bu da son nəticədə istehsalçıların gəlirlərinə təsir edir.
Vüqar Yaşaroğlu
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












