Daxili bazarda vəziyyət pisləşdikcə Çin dünyanı avtomobillə doldurur

Çin dedikdə ağla ilk gələn elektromobil və hibrid modellərdir. İlk baxışdan çoxları düşünür ki, çinlilər yalnız bu texnikanı ixrac edirlər. Amma, reallıq və rəqəmlər fərqlidir.
Avtosfer.az xəbər verir ki, Çində elektromobilə artan maraq benzin və dizel mühərrikli maşınlara marağı kəskin şəkildə aşağı saldı. Bundan ən çox əziyyət çəkən isə elə yerli istehsalçılar oldu.
Ənənəvi maşınlara tələbat azaldığı üçün istehsaçılar çıxış yolunu xaricə yönəlməkdə gördülər. Bu zaman təbii ki, hədəf inkişafa etməkdə olan ölkələr olur.
Statistikaya görə Çin 2020-ci ildə 1 milyon ədəd daxiliyanma mühərrikli avtomobil ixrac etmişdisə, 2025-ci ildə rəqəm 6,5 milyona çatıb. Təsəvvür edilənin əksinə olaraq Çində ənənəvi mühərrikli maşın ixracı daha çoxdur. Bu il ixrac edilən avtomobillərin 76 faizini benzin və dizel mühərrikli maşınlar təşkil edib.
Çoxlarının düşündüyünün əksinə olaraq, çinli istehsalçılar arasındakı rəqabət elə özlərinə ziyan vurur. Artıq kiçik istehsalçılar ya başqaları ilə birləşir, ya da ləğv edilir. Proqnoza görə 2030-cu ilədək Çində 150 istehsalçıdan ən yaxşı halda 10-u qalacaq.
Vüqar
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












