Dəmir daşıyan maşın bir nəfərin həyatına son qoydu – Salyanda ŞOK QƏZA

Dekabrın 15-də, saat 22.00 radələrində Ələt-Astara yolunun 17-ci km-də - Salyan rayonu, Xıdırlı kəndi ərazisinədən keçən hissəsində ağır yol qəzası baş verib. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, 1972-ci ildə Masallı rayonunda anadan olmuş, Ukrayna vətəndaşı, Donetsk şəhər sakini Yalçın Zarbi oğlu Rəhimov idarə etdiyi “Hyundai-H1” markalı, AH 1972-11 nömrə nişanlı avtomobillə Astara rayonu istiqamətində hərəkətdə olarkən qarşısında gedən 1984-cü ildə anadan olmuş, Masallı rayon sakini Erkin Sabit oğlu Hidayətovun idarə etdiyi “Opel” markalı, 44 CD 231 dövlət nömrə nişanlı avtomobillə arxadan toqquşub. Hadisə nəticəsində avtomobilin sürücüsü Yalçın Rəhimov aldığı xəsarətdən hadisə yerində ölüb.
Hadisənin başvermə səbəbinə gəlncə, DYP-dən bildirilib ki, "Opel" markalı avtomobil texniki cəhətdən nasaz olub və sürücü maşının üzərində dəmir qırıntıları daşıyırmış. Qəza zamanı “Opel”in dam hissəsində olan dəmir boru “Hyundai” markalı avtomobilin qabaq alın şüşəsindən girərək sürücü Yalçın Rəhimovu başından ağır yaralayıb. Nəticədə Y.Rəhimov hadisə yerindən dünyasını dəyişib.
Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində araşdıra aparılır.
Elməddin
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR













