Deputat benzinin bahalaşmasından danışdı: "Yaxın günlərdə A-92-nin ..."

"Azərbaycanda sürücülərin istifadə etdiyi ümumi avtomobillərin cəmi 5 faizi "Premium Euro-95” və "Super Euro-98” markalı yanacaqdan istifadə etdiyi üçün xidmət sahələrinə benzinin qiymətinin artması xidmət sahələrinə heç bir təsir göstərməyəcək". Avtosfer.az unikalorg.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məslisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov deyib. Millət vəkili əlavə edib ki, həmin növ yanacaqlar xaricdən alındığı üçün qiymət artımı qaçılmazdır: "Həmin yanacaqlar xaricdən alındığı üçün qiymət hər zaman dəyişə bilər. Bu bizdən asılı olan məsələ deyil. Həmin növ benzini satan ölkə qiyməti təyin edir. Ölkəmizdə ən çox istifadə olunan yanacaq dizel və A-92 növ benzindir.Ölkədə olan avtomobillərin 95 faizi bu növ yanacaqlarla işləyir.Ona görə də bu qiymət artımı xidmət sahələrinə təsir göstərməyəcək".
Millət vəkili Aydın Hüseynov "A-92" növ benzin və dizelin bahalaşmayacağını bildirib: "Həmin növ yanacağın qiymətinin qaldırılması gözlənilən deyil. Çünki o yanacaqlar ölkəmizdə istehsal edilir. Yaxın günlərdə A-92 növ benzinin qiymətinin qalxmasını gözləmirəm.Ümumilikdə isə qiymət artımı bazarın konyukturasından asılıdır və buna görə tənzimlənir".
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












