Dilləri ayrı, davranışı eyni olan maşın dəllalları

Avtomobillərin dilerdənkənar ixracı qeyri-adi hal deyil. Lakin ilk baxışda sadə görünən proses sonradan istehlakçı üçün problem mənbəyinə çevrilər bilir. Bunun bir nümunəsinə də Afrikanın ən böyük avtomobil istehsalçısı Mərakeşin timsalında baxaq.
Avtosfer. az xəbər verir ki, krallıqda “Volkswagen”in rəsmi nümayəndəliyi olsa da, konsernin istehsal etdiyi elektromobillər bura rəsmi şəkildə idxal edilmir. Diler məsələyə ilk vaxtlar ciddi yanaşmasa da, sonradan çoxsaylı müraciətlərə cavab verməyə məcbur oldu. Məsələ burasındadır ki, maşın alverçiləri ölkəyə kütləvi şəkildə “Volkswagen”in istehsalı olan elektromobil gətiriblər.
Müştərilər isə arxayın edilib ki, konsernin rəsmi servisində bu texnikanın təmiri mümkündür (hörmətli oxucu yəqin ki, afrikalı və azərbaycanlı dəllalların davranışındakı eyniliyi sezdi) . Rəsmi servis mərkəzində yoxlama zamanı bu maşınların demək olar hamısının Britaniyadan gətirildiyi və həmin ölkənin standartlarına uyğun olduğu üzə çıxıb.
Başlıca problem sağ sükandır ki, bunu da yerli alverçilərimizin dili ilə desək, “perekidka” ediblər. Rəsmi nümayəndəlik Afrika bazarına müvafiq modellər hazırlanmadığı üçün hələ ki elektromobil ixrac etmədiyini bildirib. Eyni zamanda qeyri-rəsmi kanallarla idxal olunan maşınlara texniki xidməti qadağan edib.
Vüqar
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












