Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür

Paytaxtın Yasamal rayonu ərazisində “Changan” markalı minik avtomobilində baş verən yanğın hadisəsi ictimai marağa səbəb olub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, avtomobilin mühərrik hissəsində başlayan yanğın qısa müddətdə söndürülüb və hadisə nəticəsində xəsarət alan olmayıb.
Bu hadisə son illərdə Azərbaycanda sayı artan Çin istehsalı avtomobillərin təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı açıqlama verib.
Ekspert bildirir ki, ümumilikdə konkret marka və ya istehsal ölkəsini hədəfə almaq düzgün yanaşma deyil. Çin istehsalı olan avtomobillərin bəzilərində müəyyən problemlərin olması doğrudur. Lakin yanğın halları təkcə marka ilə deyil, əsasən istismar və texniki müdaxilələrlə bağlı olur.
Bəzi hallarda avtomobillər həddindən artıq yüklənir və ya qeyri-standart elektrik müdaxilələrinə məruz qalır. Əlavə işıqlar, naqil dəyişiklikləri, LED sistemlərin sonradan quraşdırılması kimi hallar qısaqapanma riskini artıra bilər.
Ekspert qeyd edir ki, sürücülər maşınların “başına oyun açırlar, dinc dayanmırlar”. Sonra da deyirlər ki, maşın yandı.
Həmçinin “Bu kimi hadisələrdə konkret səbəbi müəyyən etmək üçün mütləq avtomobil-texniki ekspertiza rəy verməlidir. Əgər zavod qüsuru sübut olunarsa, hüquqi müstəvidə istehlakçı tərəfindən iddia qaldırmaq mümkündür və dəymiş zərər ödənilə bilər”, - deyə, Elməddin Muradlı söyləyib./todaypress.az
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












