Dizel və benzinlə işləyən maşınlara qadağa qoyulur

İspaniyada dizel və benzinlə işləyən avtomobillərin satışına qadağa qoyulacaq. Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, İspaniya hökuməti dizel və benzin mühərriki ilə işləyən, atmosferə karbon qazı buraxan minik avtomobillərinin satışını və qeydiyyatını 2040-cı il üçün qadağan etmək niyyətindədir. Belə tədbirlər partiyaların tanış olması üçün hökumətin təqdim etdiyi iqlim dəyişmələri və ekoloji keçid barədə qanun layihəsində nəzərdə tutulub. Hakimiyyət orqanları bu qanun layihəsinin 2018-ci ilin sonu üçün parlamentdə nəzərdən keçirilməsinə ümid bəsləyirlər. Son məqsəd bundan ibarətdir ki, 2050-ci il üçün İspaniya yollarında atmosferə parnik qazları buraxmayan ekoloji təmiz avtomobillər şütüsün. Məhdudiyyətlər benzin və dizellə işləyən avtomobillərdən başqa təbii maye qazla işləyən hibridlərə və avtomobillərə də şamil olunacaq. Qeyd edək ki, Böyük Britaniya, Fransa, Norveç, Almaniya və başqa ölkələrdə də analoji qanun layihələri nəzərdən keçirilir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












