Dizellə işləyən avtomobillərə qadağa: Maşınlar ucuzlaşacaq?

Almaniya Ali Məhkəməsi dizel avtomobillərinin qadağan edilməsinə icazə verib. Artıq ölkənin bir neçə böyük şəhərlərində qadağa tətbiq olunub. Bu qərar Avropanın ən böyük avtomobil bazarı sayılan Almaniyada dizel avtomobillərinin qiymətinin enməsinə və avtomobillərə tələbatın dəyişməsinə ciddi təsir edəcək. Maraqlıdır, Almaniya maşınlarının daimi müştəriləri olan azərbaycanlı avtomobil həvəskarları bu qərardan bəhrələnə biləcəklərmi? Ucuzlaşma ölkəmizin maşın bazarına necə təsir edəcək?
Avtosfer.az xəbər verir ki, yenicag.az-a açıqlama verən nəqliyyat eksperti Ərşad Hüseynov bu haqda sualları cavablandırıb: "Qərarın Azərbaycana cüzi təsiri ola bilər. Almaniyada dizellə çalışan maşınların istifadəsinə qadağa tədricən həyata keçiriləcək. Ölkənin daxili bazarı üçün istehsal yığışdırılacaq, daha sonra həmin avtomobillər digərləri ilə əvəzlənəcək. Ehtimal var ki, hazırda Almaniyada istifadəsinə qadağa qoyulan dizellə işləyən avtomobillər nisbətən ucuz qiymətə satıla bilər. Həmin maşınların bir hissəsi Azərbaycana gəlib çıxa bilər. Lakin avtomobillərin idxal olunması zamanı əsas xərclər var ki, bunlar da gömrük rüsumları, aksiz və eyni zamanda əlavə dəyər vergisidir. Bu xərclər qiymətə əhəmiyyətli dərəcədə təsir etməyəcək. Tutalım 15 min avroluq avtomobilin qiyməti öldürülüb, 5 min avroya salınacaqsa, bu gömrük rüsumlarına 15 faiz təsir edəcək. Bu da o qədər böyük rəqəm olmayacaq".
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












