“Dördfəsil” təkərlər qışda işə yarayarmı? - Bunlara diqqət edin!

Son günlərdə Şamaxı, Qəbələ, Qusar və digər rayonlarda sürücülərin yolda qalması peşəkarlıqla yanaşı digər sualı da doğurdu: mövsümi şinlərdən istifadə.
Avtosfer.az xəbər verir ki, Azərbaycanda mövsümə uyğun şinlərdən istifadə məsələsinə çox da fikir verilmir. Qışın oğlan çağında yay təkərləri, avqustun istisində isə qış naxışlı şinlərlə hərəkət edənlərə rast gəlinir. Bir çox sürücü daha da irəli gedərək dörd mövsüm təkər istifadə edir və məsələni bitmiş sayır. Bəs dörd mövsüm təkər qış şəraiti üçün doğrudurmu?
Elmi kitablarda göstərilir ki, yana sürüməyə dayanıqlılıq daha çox şinin materialından, uzununa kontakt isə naxışdan asılıdır. Qış şinlərinin tərkibindəki rezin ən aşağı temperaturda da çox sərtləşmir.
Buna görə də qar və yağışlı havada yolla kontakt normal olur. Yaş şinlərinin rezini isə yalnız müsbət 10 dərəcədən yuxarı temperaturda yolla normal kontaktı təmin edə bilir.
Dörd mövsüm şinlərdə əsasən yay rezini və qış naxışları istifadə edilir. Bu şinlər temperaturun sıfır dərəcəyə enmədiyi regionlar üçün özünü doğruldur. Kəskin şaxtalarda isə qış təkəri vacibdir.
Sadə dildə desək, Kürdəmir, yaxud cənub rayonlarımızda dörd mövsüm təkərlərlə il ərzində hərəkət etmək mümkündür. Lakin, Şahdağa, yaxud Qəbələyə qışda rahat getmək istəyənlər üçün keyfiyyətli qış təkərləri vacibdir.
Vüqar
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












