Dünya üzrə ən pis sürücüləri olan ölkələr müəyyən edilib - SİYAHI

Dünyada müxtəlif mükafatlar var. Onlar əsasən yaxşı işlərinə görə insanlara təqdim edilir. Amma pis işlərə görə də təqdim edilən mükafatlar var. Avtosfer.az "ölkə.az"a istinadən bildirir ki, Dünya üzrə ən pis sürücüləri olan ölkələr müəyyən edilib. Biz də siyahıya öz əlavələrimizi etmişik. Siyahını oxucularımızla bölüşürük.
1. İtaliya
Yerli sakinlər temperamentləri ilə tanınırlar. Məhz bu səbəbdən İtaliya yollarında aqressiya çoxdur.
2. Səudiyyə Ərəbistanı
Hansı ərəb sürəti xoşlamır? Səudiyyə Ərəbistanı sürücüləri dünyanın ən qayğısız sürücüləri sayılır. Onlar avtomobillərlə tryukları da çox xoşlayırlar.
3. Vyetnam
Vyetnamda bir çox hallarda yol-hərəkət qaydaları lazım olmur. Sürücü kimi gücünü sınamaq istəyən bu ölkəyə yollana bilər. Çünki Vyetnam yollarında qaydalar yox, instintk və hadisəni qiymətləndirmə üstün tutulur.
4. Venesuela
Bu ölkədə problem həm sürücülərdə, həm də onların idarə etdiyi avtomobillərdədir. Venesuela küçələrində iri furqonlar və yük maşınları daha çox dəbdədir. Bununla belə, sürücülər sürət həddini aşırlar.
5. Hindistan
Hindistanda sürücülərin böyük əksəriyyəti xüsusi kurslardan keçməyib. Bunu bilən və sükan arxasına keçən, piyada yola çıxan digər sürücülərdən uzaq durmağa çalışır.
6. Nigeriya
Afrika da sürücüləri ilə məşhurdur. Pis sürücülər əsasən Nigeriyaya toplaşıb. Sürücülərin əksərinin sürücülük vəsiqəsi yoxdur. Onlar sadəcə yol qaydalarını pozmular, onlar hətta bu qaydalardan xəbərsizdirlər.
7. Çin
Əhalisi çox olan Çində sürücü sayı da çoxdur. Bu sürücülərin böyük əksəriyyəti qayda-qanunu bilmir. Tıxaclar bu ölkənin vazkeçilməz atributudur.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur




















