Dünyada ən çox avtomobil satan istehsalçı oldu

"Toyota Motor Corp" 2025-ci ildə qlobal avtomobil satışlarında rekord göstəriciyə nail olaraq dünyanın ən çox avtomobil satan istehsalçısı mövqeyini möhkəmləndirib.
Avtosfer.az xəbər verir ki, şirkətin "Toyota" və "Lexus" markaları ilə yanaşı, törəmə şirkətləri "Daihatsu" və "Hino Motors"un da daxil olduğu ümumi satışları illik müqayisədə 4,6% artaraq təxminən 11,3 milyon avtomobil təşkil edib.
Məlumata görə, satış artımında əsas pay Şimali Amerika və Yaponiya bazarlarında güclü tələbatın payına düşüb. "Toyota" və "Lexus" markaları ümumi satışların təxminən 10,5 milyon ədədini təşkil edib.
Bu nəticə ilə "Toyota" qlobal avtomobil satışlarında altıncı il ardıcıl liderliyini qoruyub saxlayıb. Şirkətin səhmləri isə xəbərin açıqlanmasından sonra müsbət reaksiya verib.
Bundan əlavə "Toyota"nın satış strukturunda hibrit avtomobillər əsas artım mənbəyi olaraq qalır. 2025-ci ildə hibrit modellər ümumi satışların təxminən 42%-ni təşkil edib. Tam elektrikli avtomobillərin payı isə cəmi 1,9% olub.
Qeyd edək ki, "Toyota" 2025-ci il üzrə daha zəif satış göstəriciləri açıqlayan əsas rəqibi "Volkswagen AG"ni də geridə qoyub./Valyuta.az
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












